Arxiv
15 Sentyabr 2021, 12:22 | TƏHSİL
Naxçıvandakı birincilərin sayı açıqlandı  

2021-2022-ci il tədris ilində muxtar respublikada birinci sinfə başlayan şagirdlərin sayı 5250 nəfərdir. Məktəbəqədər hazırlıq qruplarına isə 3680 uşaq qəbul olunub.

 

Modern.az xəbər verir ki, ümumilikdə muxtar respublikanın ümumtəhsil müəssisələrində  53 524 şagird təhsil alır.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini  2882 məzun bitirib, onlardan 2470-i ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanda iştirak edən məzunlardan 1612-si ali təhsil müəssisələrinə qəbul olub. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv