Arxiv
15 Sentyabr 2021, 12:34 | ƏDƏBİYYAT
Şair Qabil İsa bulağını niyə tənqid etmişdi...

Payız gәlib, havalar soyuyur, yaşıllıqlara dәn düşür. Dağlardan, bağlardan, bulaqlardan, sahillәrdәn әl[1]ayaq çәkilir. Hәmişә belә olub, belә dә olacaq... Amma, әl[1]ayaq tamam kәsilmir. Tәkәm­seyrәk lәpirlәr yollardan, cığırlardan silinmir. İnsan vә tәbiәt bir­birindәn ayrı yaşaya bilmәz. Bu ünsiyyәt fәsillәrin rәnginә, ahәnginә görә ancaq şәklini, ifadә tәrzini dәyişә bilәr.

Son bahar. İsa bulağı – Qarabağın şәrbәt dolu piyalәsi! Qızıllaşan, xәzәllәşәn meşәdә әsәblәrin dәrmanı olan bir az hüznlü, bir az qәribsәmiş sükut var. Göylәrdәn, yerlәrdәn rütubәt әtri gәlir.

Bulağın başında bir nәfәr – yetmiş beş­-sәksәn yaşlı kişi dayanmışdır. Onun nurani siması böyük sәnәtkarlıqda ümumi lәşdirilmiş bәdii әsәr qәhrәmanını xatırladır. O, hәm fiziki zәhmәtlә mәşğul olan qüvvәtli adama, hәm müdrik, intellekt sahibinә, hәm hәssas qәlbli, zәrif duyğulu incә ­ sәnәt xadiminә, hәm nәsil­nәsil insanlar tәrbiyә etmiş dәrya sәbirli müәllimә oxşayır.

O, әlini qoşa yoğun borulardan birinin altına tutdu. Zәrrәlәr kişinin üz­gözünü, üst­başını islatdı. Öz­-özünә:

– Hә, bayaqdan әlimi saxlamışam, heç bu su әsәr elәmir. Yayda adamın hünәri nәydi ki, belә duraydı, kәsәrdi ülgüc kimi. Qaydadır, hava soyuduqca yerdәn çıxan sular isinәr. Qar yağanda görürsәn ki, bulağın gözündәn, çeşmәnin çu[1]xurundan buxar qalxır. Elә bil adam pәncәrәnin buz bağlamış şüşәsinә hovxurur, hey nәfәs verir. Buranın әsl sәfası yaydadır. Çox gәlmişәm, çox görmüşәm, böyük, mötәbәr kişilәrlә! Çox gәlirlәr. Qayda belәdir.

Birdәn kişinin ayağı altında şüşә xırçıldadı. Butulka qırıqları. Daş novçada etiketlәr üzürdü, ora­bura ilişib qalanı da vardı: “Moskovskaya”, “Jiqulevskoye”, “Mәdrәsә”, “Badamlı”, “Portağal”.

Novçada pas atmış konserv qutuları, banka, stәkan parçaları görünürdü. Kişini heyrәt götürdü:

– Bu nәdir, niyә belә? Olmaya bu tullantılar yayda ürәyi yana­yana İsa bulağına tәlәsәnlәrin, sudan içib “oxay!” deyәnlәrin tәşәkkürnamәsidir?

Qoca bulağın başından aralanıb fkirli­fikirli әtrafı gәzir. Onun gözlәrindәn tәәssüf, qәzәb oxunur.

– Ağacların dibindә bu zibilliyi kim salıb? Leş­ başı, süfrәlәrdәn qalmış kabab qırıntılarını, yemiş, qarpız qabığını kim bura sәpәlәyib? Hansı mәnәvi-­vәtәndaşlıq vicdanını itirmiş adamlar Qarabağın bu sәfalı guşәsini qara günә qoyub çıxıb gediblәr?

Kişi bir qәdәr dә dәrinliklәrә gedir. Ağacların dövrәsindә, harda necә gәldi düzülmüş ocaq daşlarının hәndәvәrindә qan laxtaları, sür-­sümük, qәzet parçaları...

– Yox, qayda belә deyil! Bizim nәsil bu yerlәrә qiblәgah kimi, gözәllik mehrabı kimi baxmışdır. Bәs indi, bәs indikilәr?! Qanunla indi keçmişdәn irәli, indikilәr dә ki, hesabla bizlәrdәn çox gözüaçıq, çox oxumuş, çox bilmiş! Elә isә nәdir bәzilәrinin bu lәyaqәtsizliyi? Ana torpağa, ana tәbiәtә qarşı hörmәtsizlik haradandır?

O, bir ağaca söykәnib fikrә gedir, bütün bunların sәbәbini, sәbәbkarını axtarır. Xәyalına ay yarım, iki ay bundan әvvәl İsa bulağındakı qәlәbәliyi, hay­-küyü gәtirir... O, xәyalına gәtirir, mәn isә yayın әvvәlindә İsa bulağındaydım...

Bir qrup yazıçı Molla Pәnah Vaqifin yubileyi әrәfәsindә ölmәz şairә hәsr edilmiş әdәbi gecәlәr, yığıncaqlar keçirmәk üçün Qarabağa gәlmişdi. Ağdamda vә Şuşada zәhmәtkeşlәr, oxucular, ziyalılar vә elәcә dә dost­-tanışlar bizi sәmimiyyәtlә, xalqımıza mәxsus qonaqpәrvәrliklә qarşıladılar. Şuşaya çatan kimi bizi maşınlara әylәşdirib, birbaş İsa bulağına apardılar. Bu, tәbii idi. Çünki Şuşa qalası әtrafında İsa bulağı kimi ikinci gözәl yer yox idi.

Bәli, bu әla, yer әla, hava әla! Yenә tәkrar edirәm: bunlar hamısı çox gözәl, çox yaxşı idi. Demәk olar ki, Şuşada olduğumuz bütün günlәrdә İsa bulağına gәlirdik. Xoşa gәlәyәn, qocanı qәzәblәndirәn cәhәtlәri dә elә orada müşahidә etdim.

Növbәnöv maşınlar, motosikllәr ardı­arası kәsilmәdәn gәlib yan­yana, üz­üzә, nә bilim hәr necә gәldi dayandılar. Alәmi toz bürüyür. Günәşdәn yanıb qaralmış 10-­12 yaşlı bir uşaq sürücülәrә eyni sözlәrlә müraciәt edir:


– Әmi, maşına baxım?
– Bax!
 – Bir manatdır ha...
– Әә, di yaxşı...

Fikirlәşirdim ki, görәsәn bu “Volqa”ların, “Moskviç”lərrin, lap motosikllәrin “başına bir iş gәlsә”, sahiblәri bu uşaqdan nә tәlәb edә bilәcәklәr? Nә isә, bu birinci hәrc-mәrclik.

Baxımsızlıq, qәza, mübahisә... halbuki, çox asanlıqla bunun qarşısını almaq olar: bulağın әrazisindәn tamamilә kәnarda avtodayanacaq tәşkil etmәk vә ora rәsmi gözәtçilәr qoymaq yoluyla. Axı İsa bulağına adamlar istirahәtә gәlir, qan qaraltmağa, nigarançılıq çәkmәyә yox.

Bulağın suyu iki yoğun borudan axır. Ora eyni vaxtda min әl uzanır. Min vedrә, min qazan, min bidon çingildәyir.

– Növbәyә dur!

– Növbә mәnimdir.

Suyu iki yox, iyirmi iki (söz gәlişi) borudan axıtmaq olarmı? Olar. Basabas seyrәlәrmi? Seyrәlәr.

Camaat bulağın novçasına hәr nә gәldi atır, tökür. Dolu şüşәlәr, yemiş, qarpız, pomidor, alça, gavalı. Sonra da axtarha axtar düşür.

– Bizim şüşәlәr itib.

– Bizimki sınıb.

– Vay, әlim kәsildi.

Ölçü götürmәk olar. Әgәr bu mümkün deyilsә, heç olmasa bulağın gözünә şey­-şüy qoymaq qadağan edilsin. Hәr şeyi dә qanun gücünә görmәkmi olar? Bәs şüur, dәrrakә, ictimai yerdә davranış qaydaları nә üçündür? İsa bulağı elin-obanın istirahәt ocağı, istidәn bura pәnah gәtirәnlәrin sәringahıdır.

İsa bulağında hәr gün neçә-­neçә heyvan kәsilir, onların tullantısı haraya gәldi atılır. Milçәk­hәşәrat adamın amanını üzür. Bu natәmizliyi törәdәnlәri cәzalandırmaq, cәrimә etmәk lazımdır! Olmazmı ki, burada xüsusi xidmәt mәntәqәsi düzәldәk, sallaqxana tipli bina tәşkil edәk (bulaqdan kәnarda), qәssablar cәlb edәk vә s.

Nә üçün bu әtrafda sәhiyyә işi başlı­-başındadır? Yә`ni buraya beş­-on sәliqәli, üstü rәnglәnmiş zibil qutusu gәtirib qoymaq vә dolduqca gündә heç olmasa bir dәfә xüsusi maşınla daşıyıb aparmaq çәtindirmi? Rayon tәşkilatlarının әlindә bu nә böyük işdir? Xırda görünәn hәmin mәsәlә, adamın әhvali-ruhiyyәsinә pis tәsir edir!

Hanı İsa bulağında milis mәntәqәsi, drujinaçılar? Hәlәlik inzibati orqanlara, inzibati qanunlara ehtiyac yoxdur!



İsa bulağı xalis kurort yeridir. Әgәr bu belәdirsә, hanı burada hәkim mәntәqәsi? Heç olmasa bir­iki nәfәr orta tibb xidmәtçisi? Üstü qırmızı ay-ulduzlu bir balaca dәrman çamadanı! Bir damcı nanә çövhәri, bir gilә yod, bir qırıq hәb, yeri düşәndә insanı xәtadan qurtara bilәr.

İsa bulağında rahat­-rahat әylәşib süfrә açmağa, asudә çörәk yemәyә şәrait yoxdur. Beş­-üç açılıb­yığılan stol, stul var ki, kim zirәk tәrpәndi onundur. Ya da gәrәk çörәk yeyәnlәrin başının üstünü kәsdirib növbә gözlәyәsәn.

Burada geniş köşklәr, üstüörtülü (yağışdan, günәşdәn qorunmaq üçün) oturacaqlar düzәltmәk lazımdır.

İsa bulağına hamı özüylә yemәk­-içmәk gәtirmir. Gәtirә bilmir vә ya gәtirmәk istәmir. Burada, mәdәni ticarәt adına... hündür bir yerdә balaca bir dükansayaq var, bir dә dildәn vә әldәn zirәk bir kişi. O, hәm satıcıdır, hәm qәssab, hәm kababçı.

Xoşa gәlmәyәn bir hadisәni dә xatırlatmaq istәyirәm. Demәli, bir yanda yoldaşlarınla әylәşibsәn. Onda görürsәn ki, dәvәtsiz-­filansız bir “Şәrq üçlüyü”, “xanәndә” vә “sazanda” gәldi oturdu sәnin qәnşәrindә. Heç bir sifariş olmadan başladı sәnin üçün çalıb­-oxumağa. Bu, son dәrәcә istedadsız, naşı vә hәr şeydәn әvvәl, heysiyyәtsiz adamlar “haqlarını” alandan sonra da sәndәn әl çәkәn deyillәr.

Qarabağ mәşhur xanәndәlәr, musiqiçilәr Vәtәnidir. Belә yerdә musiqi xalturaçılarının olması adamı tәәccüblәndirir. Qarabağın özfәaliyyәt kollektivlәri bütün Azәrbaycanda tanınır. Onlar arabir bura gәlib camaata mәdәni xidmәt göstәrә bilmәzlәrmi?

İsa bulağında görürsәn ki, hansı ağacın budağından, hansı ocağın başındansa bülbül cәh-­cәhi gәlir. Belә xoş avazla oxuyan Qarabağ uşaqlarıdır. Zәngulә vururlar. Ancaq bu zәngulәni pozan bir sәs dә var idi. Qulağı deşәn xaric, yeknәsәk sәs. İsa bulağına haçan gәlirdik, eşidirdik:

Sәn, sәn, sәn...
Mәn, mәn, mәn...

Azәrbaycan torpağında loğman bulaqlar çoxdur. İsa bulağı bunların arasında xüsusilә fәrqlәnir. O, tarixәn Şuşa kimi bir şәhәrlә bağlıdır. Onun adı bir çox mәşhur şәxsiyyәtlәrimizin adından ayrılmazdır. İsa bulağı şairlәrimizin, xanәndәlәrimizin dilinin әzbәridir. Elә adamı düşündürәn dә, yandıran da budur. Hәmin nurani kişi dә bunu fikirlәşir. İsa bulağının adına layiq mәnzәrәni tәsәvvüründә yaradır, arzu edir. İndi payızdır. Sağlıq olsun, gәlәn yay İsa bulağına bir dә gedәrik...


1968

Qabil

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv