Modern.az

ABŞ-dan Gorus-Qafan yolunda baş verənlərə REAKSİYA

ABŞ-dan Gorus-Qafan yolunda baş verənlərə REAKSİYA

15 Sentyabr 2021, 13:12

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Gorus-Qafan yolunda baş verən hadisələrə reaksiya verib.

 

Modern.az xəbər verir ki, amerikalı diplomat jurnalistlərə açıqlamasında hadisələri “fövqəladə vacib” adlandırıb.

 

“Gorus-Qafan yolunda gördüklərimiz çox önəmlidir. Hələ noyabrda atəşin dayandırılması barədə razılaşma əldə olunan vaxtdan bu barədə dəfələrlə xatırlatma edirdik”, - deyə səfir söyləyib.

 

Səfir Qarabağ məsələsinin yekun həll olunmadığını söyləyərək məsələnin nizamlanması üçün sülh müqaviləsinə ehtiyac olduğunu vurğulayıb.

 

Xatırladaq ki, sentybarın 12-də Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postunun qurulması Ermənistan və İranda isterika yaratmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?