Modern.az

“Hazırda epidemioloji vəziyyət müsbətdir” - Baş infeksionist

“Hazırda epidemioloji vəziyyət müsbətdir” - Baş infeksionist

15 Sentyabr 2021, 15:30

“Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur. Birmənalı olaraq epidemioloji vəziyyəti müsbət dəyərləndirmək olar”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında bildirib.

 

T.Eyvazovovun sözlərinə görə, sağalanların sayının yeni yoluxanları üstələməsi xəstəxana yükünün azalmasında özünü göstərir:

 

“Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

 

İnfeksionist eyni zamanda peyvəndlə bağlı məsələyə də aydınlıq gətirib. O deyib ki, əksər xəstəliklərin kəskin alovlanma dövründə peyvənd vurdurmaq olmaz:

 

“Xəstəlik idarəolunan səviyyəyə düşəndə vaksin vurula bilər. Təbii ki, insanlar həkimə müraciət edərək xəstəliyin hansı dövrdə olduğunu öyrənə bilərlər. Həkim məsləhətindən sonra peyvənd vurdurmaq olar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu