Modern.az

Payızda yoluxma yenidən arta bilər - Xəbərdarlıq

Payızda yoluxma yenidən arta bilər - Xəbərdarlıq

15 Sentyabr 2021, 15:50

“Son vaxtlar xeyli yumşalmalara getmişik, qadağaların əksəriyyəti götürülüb. Amma bu, bizi arxayınlaşdırmamalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

 

T.Eyvazov deyib ki, bəzi ölkələrdə aradan qaldırılan qadağalar məhz vaksinasiya hesabınadır:

 

“Həmin ölkələrdə əhalinin 80 faizindən çoxu vaksinasiyadan keçib. Bizdə yeni dalğanın başlanğıcında qapanmalara gedilmədi. Təcrübə göstərir ki, verilən qərarlar doğrudur”.

 

Bununla belə, baş infeksionist yoluxma dinamikasında artım olacağını istisna etməyib:

 

“Hazırda dalğanın enişindəyik. Payız və qış aylarında məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi, toyların başlaması ilə təmasların artması nəticəsində, həmçinin havaların soyuması ilə əlaqədar qapalı məkanlarda toplaşmaya görə yoluxma hallarında yenidən artım ola bilər. Bunun baş verməməsi üçün mümkün riskləri qiymətləndirməliyik. Təmaslardan çəkinməliyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir