Modern.az

“Delta” ştammı ailədaxili yoluxmaları artırır

“Delta” ştammı ailədaxili yoluxmaları artırır

Aktual

15 Sentyabr 2021, 16:00

Qarşıdakı tədris ilində məktəblərdə koronavirusun yayılmaması üçün valideynlər də bu prosesdə aktiv iştirak etməlidir.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib. 

 

T.Eyvazov bildirib ki, uşaqlarda baş ağrısı, hərarət varsa, onu məktəbə buraxmaq olmaz:

 

“Uşaqların daim temperaturunu ölçmək, onlarla söhbət aparmaq, sağlam olduğuna əmin olduqdan sonra məktəbə göndərmək lazımdır. Belə hallar dərs vaxtı aşkarlanarsa, məktəb personalı üçün tədbirlər nəzərdə tutulub, məktəblərdə xüsusi otaqlar ayrılıb”.

 

Baş infeksionitin sözlərinə görə, “Delta” ştammı ailədaxili yoluxmaların artmasına gətirib çıxarır:

 

“Əvvəl ailənin bir-iki üzvü yoluxurdusa, indi yoluxma hallarının artdığını görürük”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər