Arxiv
15 Sentyabr 2021, 16:19 | AKTUAL
Gəncədə bədbəxt hadisə: Qaynaqçı xəsarət alıb

2 iyun 2021-ci ildə Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Gəncə şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, Akif Eyvazov qaynaqçı işlədiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydaları pozulub. Bu səbəbdən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən trvamatik amputasiyası” xəsarəti alıb.

 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv