Modern.az

DİN Gorus-Qafan yolunda iki iranlı sürücünün saxlanıldığını TƏSDİQLƏDİ

DİN Gorus-Qafan yolunda iki iranlı sürücünün saxlanıldığını TƏSDİQLƏDİ

Hadisə

15 Sentyabr 2021, 17:38

Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndiyə yük daşımasını təsdiq edən sənədlərinin olması göstərilib.

Yayılan sənədlər İranın Xankəndiyə yük daşıdığını bir daha sübut edir: sənədin üzərində çatdırılma ünvanı “Stepanakert, Armenia” yazılıb.

Yeri gəlmişkən, İran dövləti öz sürücülərinə verdiyi rəsmi sənəddə Xankəndinin Ermənistan şəhəri olduğunu yazmaqla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında iranlı sürücülərin saxlanıldığı barədə faktı təsdiqləyib.


E.Zahidovun sözlərinə görə, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar:


“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.


DİN rəsmisinin sözlərinə görə, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək:


“Azərbaycana daxil olan hər kəs ölkənin qanunlarına riayət etməlidir. Etmirsə, qanun qarşısında cavab verməlidir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi