Modern.az

“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub

“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub

15 Sentyabr 2021, 18:05

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 44 günlük müharibə ilə bağlı fikirlərini bölüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlanmasının onun üçün gözlənilməz olduğunu etiraf edib.

 

“Ermənistan dövlət strukturlarının 2020-ci il 25 sentyabr tarixinə qədər mənə təqdim etdikləri hesabatlarda müharibənin başlanma ehtimalı cüzi dəyərləndirilirdi”, - deyə baş nazir Nikol Paşinyan iclasda söyləyib.

 

Xatırladaq ki, düşmən təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu Qarabağda “Dəmir yumruq” əməliyyatına başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir