Modern.az

İbtidai siniflərdə dərsliklər yenilənəcək

İbtidai siniflərdə dərsliklər yenilənəcək

Təhsil

16 Sentyabr 2021, 11:52

“Yeni tədris ilində çap olunacaq dərsliklərdən istifadə etməklə pilot dərslər təşkil olunacaq”.


Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə məlumat verib.

 

Onun sözlərinə görə, 2021-2022-ci tədris ilində I və II siniflər üçün yeni dərsliklər hazırlanacaq:


“Hazırlanacaq dərsliklər Azərbaycan dili və Riyaziyyat fənlərini əhatə edəcək. III və IV siniflərdə isə ümumilikdə 230 məktəbdə pilot dərslər təşkil olunacaq”.


Qeyd edək ki, Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimdə "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər", "Tədrisdə məzmun yenilikləri", "Yeni tədris ilinə hazırlıq", "Təhsil nazirliyinin elektron xidmətləri", "Portal.edu.az", "STEAM layihəsi", "Rəqəmsal bacarıqlar yeni tədris ilində", "Müəllimlərin işə qəbulu müsabiqəsi" və "Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı" mövzularında təqdimatlar olacaq.


Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər