Modern.az

Yoluxma kəskin azaldı - 32 nəfər öldü

Yoluxma kəskin azaldı - 32 nəfər öldü

Hadisə

16 Sentyabr 2021, 15:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 32 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 467173 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 423705 nəfər müalicə olunaraq sağalıb, 6227 nəfər vəfat edib, aktiv xəstə sayı 37241 nəfərdir.

 

  Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb - Gallery Image

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı