Modern.az

Ağdamda beynəlxalq konfrans keçirilir

Ağdamda beynəlxalq konfrans keçirilir

Aktual

16 Sentyabr 2021, 16:25

Bu gün Ağdam şəhərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib. Rektor konfransda çıxış etdiyini vurğulayıb:

“Konfransdakı çıxışımın mövzusu "İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış" idi”.

Qeyd edək ki, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda təşkil edilən I Beynəlxalq elmi-praktik konfrans Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir işğaldan azad edilmiş torpaqlarda keçirilən ilk elmi konfransdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı