Modern.az

Prokurorluq iş yoldaşını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

Prokurorluq iş yoldaşını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

Aktual

16 Sentyabr 2021, 16:15

2021-ci il iyulun 4-də Mingəçevir şəhər sakini 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin bıçaqla vurularaq çoxsaylı bədən xəsarətləri ilə şəhər mərkəzi xəstəxanasına daxil olması və aldığı bədən xəsarətlərindən ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 

Mingəçevir Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin iş yoldaşı Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevi turistik bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, onun müvazinətinin itdiyini hiss etməsinə baxmayaraq xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ümumilikdə 6 bədən xəsarəti yetirib onu qəsdən öldürüb.

 

Kənan Osmanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir