Modern.az

Fevralın 25-də Yanukoviçin andiçmə mərasimi olacaq

Fevralın 25-də Yanukoviçin andiçmə mərasimi olacaq

16 Fevral 2010, 09:39

 Ukraynanın yeni seçilən prezidenti Viktor Yanukoviçin andiçmə mərasimi fevralın 25-ə təyin olunub. Modern.az xəbər verir ki,  bu barədə Regionlar Partiyasının sədr müavini Anna

German mətbuata açıqlama verib.  Germanın sözlərinə görə, Yanukoviç baş nazir vəzifəsini maliyyə maqnatı Sergey Tigipkoya təklif edəcək. Yanukoviç özü jurnalistlərlə görüşdə Tiqipkonun baş nazir postuna təyin olunmasını istisna etməyib. 

Xatırladaq ki, Tigipko prezident seçkilərinin ilk turunda gözlənilməz nəticə göstərərək  3-cü yeri tutub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı