Arxiv
16 Sentyabr 2021, 21:10 | İQTİSADİYYAT
Xarici şirkətlər üçün yeni tələblər

Azərbaycanda hesab açmaq üçün müraciət etmiş xarici dövlətlərin hüquqi şəxsi tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır.

 

Modern.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda əksini tapıb.

 

Eyni zamanda hesab açmaq üçün müraciət etmiş xarici dövlətlərin fiziki şəxsi tərəfindən də özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv