Modern.az

MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir

MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir

Media

16 Sentyabr 2021, 21:51

"Belə media forumların təşkili sayəsində həm medianı narahat edən amillər, həm də dünyada gedən proseslərdə medianın iştirakını dərindən öyrənmək mümkün olacaq".

 

Modern.az xəbər verir ki, bunu MediaTurk TV-ə açıqlamasında Qazaxıstan paytaxtında keçirilən XVII Avrasiya Media Forumunda iştirak edən Azəybaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

 

Onun sözlərinə görə, Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq effektiv ünsiyyət platformasıdır: "Bu il XVII Forumun əsas missiyası dəyişməz olaraq qalır - ölkələr və qitələr arasında etimad mühitinin formalaşdırılması, eyni zamanda regionda media subyektləri və mütəxəssislərinin birgə fikir mübadiləsini təmin etmək və perspektiv fəaliyyət barədə müzakirələrin aparılması".


Əhməd İsmayılov həmçinin qeyd edib ki, Forumda Azərbaycandan olan nümayəndə heyətinin iştirakı gələcəkdə qarşılıqlı əməkdaşlığın genişlənməsi, bundan başqa regionda media subyektləri ilə işin qurulması təcrübəsinin öyrənilməsi, həmçinin ölkəmizdə də belə bir təcrübənin həyata keçirilməsinə kömək edəcək.
İcraçı direktor səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qazaxıstanın aidiyyatı qurumları ilə görüşlər keçirdiyini də bildirib: "Hər iki ölkənin media nümayəndələri arasında informasiya mübadiləsinin təmin olunmasına dəstək göstərmək və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi