Modern.az

ABŞ Avstraliyadakı hərbi varlığını artırır

ABŞ Avstraliyadakı hərbi varlığını artırır

Dünya

16 Sentyabr 2021, 23:52

Vaşinqtonda ABŞ və Avstraliyanın xarici işlər və müdafiə nazirləri arasında birgə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Avstraliyanın müdafiə naziri Peter Dutton ABŞ-ın bütün növ hərbi təyyarələrinin rotasiya qaydasında ölkəyə yerləşdirilməsi barədə razılıq əldə edildiyini bildirib.

 

Dutton hər iki tərəfin əməkdaşlığı əhəmiyyətli dərəcədə artıracağını, Hind-Sakit okeanda qarşılıqlı fəaliyyətini artıracağını və ittifaq fəaliyyətini dərinləşdirəcəyini qeyd edib.

 

ABŞ Müdafiə naziri Lloyd Oustin ölkəsinin Avstraliyada hərbi mövcudluğunu möhkəmləndirmək üçün Kanberra ilə razılığa gəldiyini açıqlayıb.

 

Akif İsmayılov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı