Modern.az

Rusiyada parlament seçkiləri başladı

Rusiyada parlament seçkiləri başladı

17 Sentyabr 2021, 00:15

Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb.

 

Modern.az xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukotka və Kamçatkada açılıb.

 

Üç gün davam edəcək seçkilərdə, həmçinin Rusiya subyektlərinin regional və yerli orqanları da formalaşacaq.

 

450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb. Yekun nəticə oktyabrın 4-də elan olunacaq.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi