Arxiv
17 Sentyabr 2021, 00:31 | DÜNYA
Niderlandın XİN rəhbəri istefa verdi – SƏBƏB

Niderlandın xarici işlər naziri Siqrid Kaaq vəzifəsindən istefa verib.

 

Modern.az xəbər verir ki, o, “Taliban” hərəkatının Kabili ələ keçirməsindən sonra bölgədəki vətəndaşları və səfirlik işçilərini vaxtında təxliyə etməməkdə ittiham olunur.

 

Niderland Nümayəndələr Palatası cümə axşamı günü Əfqanıstanda baş verənləri qiymətləndirmək üçün xüsusi iclas keçirib. Müxalifət partiyaları Niderland üçün işləyən tərcüməçiləri, Kabildəki səfirlik işçilərini və Əfqanıstandakı digər vəzifəli şəxsləri vaxtında evakuasiya edə bilmədiklərinə görə xarici işlər naziri Kaaq və müdafiə naziri Ank Bijleveldi tənqid ediblər.

 

Kaaq təxliyə zamanı səhvlərin edildiyini etiraf edib, lakin heç kimin “Taliban” hərəkatının sürətlə irəliləyəcəyini gözləmədiyini bildirib.

 

Müxalifət partiyaları Kaaq və Bijleveld adlı iki qadın nazirə qarşı etimadsızlıq elan edib. Kaaq siyasi məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb. Müdafiə naziri xidmətinə davam edəcəyini bildirib.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv