Arxiv
17 Sentyabr 2021, 00:38 | DÜNYA
Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu

Fransada COVID-19 əleyhinə peyvənddən imtina etdiklərinə görə 3 min həkim, tibb bacısı və digər tibb işçisi işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “BBC” agentliyi məlumat yayıb.

 

Fransada bütün tibb işçiləri, yanğınsöndürənlər və qocalar evinin işçiləri üçün vaksinasiyanın məcburi olması barədə qərar qəbul edilib. Ölkənin Səhiyyə naziri Olivier Veran işdən çıxarılmaların müvəqqəti olduğunu bildirib.

 

Agentlik qeyd edir ki, tibb işçilərinin işdən çıxarılması bəzi şəhərlərdə etirazlara səbəb olub. Belə ki, Nitsa şəhərində bir xəstəxananın peyvənd olunmamış 450 əməkdaşı tətil elan edib. Montelimarda isə həkim çatışmazlığı səbəbindən planlaşdırılan əməliyyatlar ləğv edilib.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv