Modern.az

Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi

Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi

Dünya

17 Sentyabr 2021, 00:50

Dünya şöhrətli niderlandlı rəssam Vinsent Van Qoqun qələm ilə çəkdiyi rəsm əsəri ilk dəfə Amsterdamda sərgilənib.

 

Modern.az xəbər verir ki, bu barədə “BBC” agentliyi yazıb.

 

Van Qoq Muzeyi “Study for Worn Out” adlı əsərin 1882-ci ildə çəkildiyini qeyd edib.

 

Məlumat verilib ki, sözügedən rəsm əsəri bir əsrdən çoxdur, bir hollandiyalı ailənin şəxsi kolleksiyasında gizlədilib. Rəsm 2 yanvar tarixinə qədər sərgiləndikdən sonra şəxsi kolleksiyaçılara geri qaytarılacaq.

 

“Vincent” imzalı rəsm əsərində taxta stulda oturan, jilet, şalvar və çəkmə geyinmiş, əllərini başına tutmuş bir qoca təsvir edilib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir