Modern.az

Səyyad Əlizadə ECMO aparatına qoşuldu

Səyyad Əlizadə ECMO aparatına qoşuldu

17 Sentyabr 2021, 10:30

Ötən gün Mərkəzi Gömrük Hospitalına köçürülən Səyyad Əlizadə “ECMO” cihazına qoşulub.

Bu barədə Modern.az-a onun kürəkəni Razim Qasımov məlumat verib.

O bildirib ki, həkimlər sənətçinin vəziyyətini ağır, stabil qiymətləndirirlər:

“Vəziyyətinə uyğun intensiv müalicə tətbiq edirlər. Amma hələ ki irəliləyiş yoxdur. Həm də bu xəstəxanaya bir gündür köçrülüb. Həkimlər onun vəziyyətini ciddi nəzarətdə saxlayır”.

 

Kürəkəni onu da deyib ki, S.Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə Zığda yerləşən modul tipli xəstəxanada müalicəsini davam etdirir, vəziyyəti yaxşıdır.

 

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

 

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət əvvəl koronavirusa yoluxublar. Hər ikisi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. S.Əlizadə xəstəxanaya yerləşdirildiyi gündən komadadır. Onun vəziyyəti ağır olduğu üçün yaxınları Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...