Modern.az

Talibanın ikinci şəxsi yaxalanıb

Talibanın ikinci şəxsi yaxalanıb

Dünya

16 Fevral 2010, 09:43

Pakistan və ABŞ kəşfiyyat xidmətləri  radikal Taliban rəhbərliyində ikinci şəxs hesab olunan molla Baradarı yaxalayıb.  Modern.az xəbər verir ki, bu barədə məlumatı  Amerika hökumət mənbələrinə istinadən   New York Times qəzeti yayıb. Xüsusi xidmətin məlumatına görə, 42 yaşlı Baradar əfqan taliblərinin lideri Molla Ömərin ən yaxın silahdaşıdır. Onun ələ keçirilməsi  əməliyyatı ötən həftə Pakistanın cənubunda  Kəraçi şəhərində keçirilib. Əməliyyatın digər detalları açıqlanmır.  Talib liderlərinin Pakistan ərazisində sığınacaq tapmasına dair məlumatlar əvvəllər də yayılıb. Əfqanıstanın “Bahar” informasiya agentliyi 2008-ci ildə xəbər verib ki, ABŞ-ın başına 10 milyon dollar mükafat ayırdığı Molla Ömər də Pakistan xüsusi xidmətinin himayəsi altında bu ölkədə gizlənir. New York Times yazır ki, Baradarın yaxalanması sübut edir ki, Pakistanın bir sıra yüksəkrütbəli hərbçiləri və xüsusi xidmət orqanları əməkdaşları öz təhlükəsizlikləri naminə talibləri himayə etmə siyasətindən əl çəkməyə qərar veriblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır