Modern.az

Eldar Həsənovun növbəti məhkəməsinin vaxtı təyin olundu - YENİLƏNİB

Eldar Həsənovun növbəti məhkəməsinin vaxtı təyin olundu - YENİLƏNİB

Ölkə

17 Sentyabr 2021, 13:41

Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilməyib.

Modern.az APA-ya istinadən xəbər verir ki, prosesin sentyabrın 20-nə təxirə salındığı elan olunub.

***

Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Modern.az APA-ya istinadən xəbər verir ki, vəkil Cavad Cavadov təqsirləndirilən Eldar Həsənovun səhhətində ciddi problemlərin olmasını və vəziyyətinin pisləşməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.

Vəsatətə təmin edilməyib.

Prosesdə fasilə elan olunub.

***

Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

 

Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.

 

Hakim Əfqan Hacıyev isə cavab olaraq bildirib ki, bununla bağlı həkimlərin və ekspertlərin müvafiq rəyi olmalıdır.

 

Daha sonra Eldar Həsənov iş üzrə ifadə verməyə başlayıb. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü