Arxiv
17 Sentyabr 2021, 12:27 | MEDİA
Almaniyadan deportasiya edilən keçmiş jurnalist: “Bakıda karantinə alınmışıq”

“14 sentyabrda Almaniyadan edilən kütləvi deportasiyada mən və üç uşağım da var. Hazırda koronavirus səbəbindən Bakıdakı "Atletlər kəndi"ndə 7-14 günlük karantindəyik”.

Modern.az xəbər verir ki, bunu Almaniyadan deportasiya edilən keçmiş jurnalist, “Yeni Müsavat” qəzetinin sabiq əməkdaşı Röya Rəfili bildirib.

Baş verənlərdən üzüldüyünü deyən R.Rəfili karantin səbəbindən dostlarının suallarını cavabsız qoyduğunu qeyd edib.

“Narahatlığınız və baş verənlər üçün üzgünəm. Yazılan mesajları cavablaya bilməməyimi də üzürlü hesab edin. Bir sözlə belə bizə sevgisini, qayğısını göstərən hər kəsə təşəkkür edirəm. Ümid edirəm, uşaqlarımın yaşaması üçün bir yol tapacam, nigaran qalmayın”.

Röya Rəfili Azərbaycanda ANS, "Yeni Müsavat” və "Kanal 13” kimi media quruluşlarında çalışıb. 2017-ci ildə Almaniyaya gedən R.Rəfili bu ölkədən sığınacaq istəmişdi. İki oğlan anası olan keçmiş jurnalist mühacirətdə ikinci dəfə ailə qurub və bir qız övladı dünyaya gəlib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv