Modern.az

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı AÇIQLANDI

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı AÇIQLANDI

17 Sentyabr 2021, 12:34

"Ötən tədris ilinin statistikasına əsasən Azərbaycanda 89 ölkədən 6 600 xaricdən gələn tələbə təhsil alır".

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkə sərhədləri 42 ölkəyə açıqdır, yəni həmin ölkənin vətəndaşları Azərbaycana gələ bilərlər:

 

"Hazırda əyani tədrisin bərpası qərarı verilib. Oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq. Ölkə sərhədləri hansı ölkələrə açıq deyilsə, bununla bağlı hökumətə müraciət etmişik ki, təlimat versinlər. Çünki həmin ölkələrdən gələn tələbələrin bir çoxunun praktik məşğələ dövrüdür. Misal olaraq, Azərbaycanda təhsil alan xarici tələbələrin 1/3-i tibb təhsili alırlar. Ona görə də hökumətə müraciət etmişik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi