Arxiv
17 Sentyabr 2021, 14:11 | DÜNYA
Putinin sağlamlıq durumu açıqlandı - RƏSMİ

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, yerli mətbuata açıqlamasında Peskov deyib ki, Vladimir Putin sentyabrın 14-də əvvəllər COVID-19 xəstəliyi olmuş bir məmurla canlı təmas qurduğuna görə özünü təcrid rejiminə keçib.

O, Rusiya liderinin tamamilə sağlam olduğunu vurğulayıb. Putinin özünü təcrid rejimindən nə vaxt çıxacağı açıqlanmayıb. 

Rəsmi məlumata görə, Vladimir Putin Rusiya istehsalı olan "Sputnik V" vaksini vurdurub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv