Modern.az

Hadrut erməniləri Araik Arutunyandan ŞİKAYƏTLƏNDİ

Hadrut erməniləri Araik Arutunyandan ŞİKAYƏTLƏNDİ

Dünya

17 Sentyabr 2021, 17:10

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə məskunlaşdırılmış ermənilər Yerevanda aksiya keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsasən Şuşa, Kəlbəcər və Hadrutdan olan ermənilər kompensasiya ala bilmədiklərindən və onlara mənzil verilməməsindən şikayətləniblər.

Bundan başqa, sakinlər Dağlıq Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində sosial ədalətsizliyin hökm sürməsindən gileyləniblər.

 

“Qarabağda bu gün korrupsiya geniş vüsət alıb. Ermənistan hakimiyyətindən Araik Arutunyana nəzarət etməyi xahiş edirik. Ermənistan hökuməti Qarabağda mülkünü itirən sakinlərə kompensasiya ödməyə qərar verdi. Çünki Araz çayından Kəlbəcərə qədər bütün zavodlar, elektrostansiyalar, əkin sahələri və bağlar Araik Arutunyana məxsus idi. Onlar kənd təsərrüfatı texnikasına görə, kompensasiya ödədiklərini deyirlər amma kimə ödədiklərini söyləmirlər”, deyə Hadrut sakini hökumət binası qarşısında aksiya zamanı söyləyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?