Modern.az

Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə ÇATDI

Azərbaycanın valyuta ehtiyatları rekord səviyyəyə ÇATDI

17 Sentyabr 2021, 18:20

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% (2,4 mlrd. ABŞ dolları) artaraq 53,2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

 

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib.

 

Qeyd edilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!