Arxiv
17 Sentyabr 2021, 19:08 | MƏDƏNİYYƏT
Qarabağdakı tarixi abidələrin reyestri yaradılacaq

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keçirilən monitorinqlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, aparılan monitorinqlər tarixi abidələrin hazırkı vəziyyəti, onlara edilmiş qanunsuz müdaxilə halları, vandalizm, özününküləşdirmə faktlarının müəyyən edilməsi və mədəni irs nümunələrinin inventarlaşdırılmasını təmin edəcək: "Eləcə də tarixi abidələrin bərpa və konservasiya olunmasının prioritetləşdirilməsi baxımından məlumat bazası, reyestr rolunu oynayacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv