Modern.az

BMT Əfqanıstan missiyasını daha altı ay uzatdı

BMT Əfqanıstan missiyasını daha altı ay uzatdı

Dünya

17 Sentyabr 2021, 19:16

BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı yardım missiyasının müddətinin daha altı ay uzadılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, missiya 2022-ci il martın 17-dək davam edəcək.

 

Bundan əvvəl missiyanın müddəti hər dəfə bir il uzadılırdı. Bu dəfə Estoniya və Norveç Təhlükəsizlik Şurasına missiyanın mandatının altı ay uzadılmasını təklif edən qətnamə layihəsi təqdim edib.

 

Qeyd edək ki, təşkilatın Əfqanıstandakı yardım missiyası 2002-ci ilin martın 28-də təsis edilib. Missiyanın səlahiyyət müddəti sentyabrın 17-də başa çatıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir