Modern.az

Qiymət artımı meylini şərtləndirən amillər

Qiymət artımı meylini şərtləndirən amillər

17 Sentyabr 2021, 19:28

İllik inflyasiyanın yüksəlmə meylini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.

 

Qeyd edilir ki, hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir.  Nəticədə, Azərbaycanda xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib.

 

“Proqnozlara görə cari ildə orta illik inflyasiya 5,4-5,8%, illik inflyasiya isə 7-7,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır”, - hesabatda deyilir.

 

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında ölkədə inflyasiya 4,8% təşkil edib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır