Arxiv
17 Sentyabr 2021, 23:23 | DÜNYA
ABŞ bu ölkədə yeni hərbi bazalar quracaq

ABŞ Avstraliyanın cənubunda yeni hərbi bazalar quracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Peter Dutton məlumat verib.

 

O qeyd edib ki, minlərlə ABŞ əsgəri artıq ölkədəki hərbi bazalarda təlim keçir. Peter Duttonun sözlərinə görə, Avstraliyadakı ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin sayı əhəmiyyətli dərəcədə artacaq.

 

Nazir, həmçinin bildirib ki, Avstraliya Hərbi Hava Qüvvələrinin ölkənin şərq sahillərində yerləşən iki bazasının imkanları genişləndiriləcək. Söhbət hərbi bazalara bombardmançı və kəşfiyyat təyyarələri də daxil olmaqla müxtəlif növ təyyarələrin yerləşdirilməsindən gedir.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv