Modern.az

ABŞ Kabildəki səhvini etiraf etdi və ÜZR İSTƏDİ

ABŞ Kabildəki səhvini etiraf etdi və ÜZR İSTƏDİ

17 Sentyabr 2021, 23:50

ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 29-da Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror təşkilatına qarşı pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirilərkən yanlışlığa yol verildiyini etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə CENTCOM komandanı general Kennet Makkenzi məlumat verib.

 

General yanlış əməliyyatı “faciəvi səhv” adlandıraraq bütün məsuliyyəti öz üzərinə götürüb və üzr istəyib. O bildirib ki, əməliyyatdan 48 saat öncə aldıqları kəşfiyyat məlumatı onları səhv istiqamətə yönləndirib.

 

Pentaqon zərbə nəticəsində ölənlərin yaxınlarına təzminat ödənişlərinin mümkünlüyünü araşdırır.

 

Qeyd edək ki, Kabilə PUA ilə endirilən zərbə nəticəsində 7-si uşaq olmaqla 10 mülki şəxs həlak olmuşdu.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir