Modern.az

Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır - QALMAQAL

Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır - QALMAQAL

Dünya

18 Sentyabr 2021, 00:09

Fransa ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırır.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan İv Lö Drian məlumat verib.

 

O bildirib ki, səfirlərin geri çağırılmasına səbəb ABŞ, Britaniya və Avstraliya arasında sualtı gəmilərlə əlaqədar bağlanan müqavilədir.

 

Nazir səfirlərin Fransa Prezidenti Emmanuel Makronun tapşırığı ilə geri çağırıldığını qeyd edib.

 

Hərbi-siyasi tərəfdaşlıq çərçivəsində nüvə əsaslı sualtı gəmilərin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya Fransa ilə analoji müqaviləni ləğv edib. 56 milyard avro dəyərində olan müqavilə “Barracuda” sinfinə aid 12 sualtı hücum gəmisinin inşasını nəzərdə tuturdu.

 

Lö Drian müqavilənin pozulmasını “arxadan vurulan zərbə” adlandırıb və Avstraliyanı etimadı sarsıtmaqda günahlandırıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir