Modern.az

Ukrayna öz bayrağını Aya göndərir

Ukrayna öz bayrağını Aya göndərir

Dünya

18 Sentyabr 2021, 00:27

Ukrayna Britaniyanın “Spacebit” şirkəti ilə birlikdə gələn il Aya ilk missiyasını həyata keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” dövlət konserninin saytında məlumat yayılıb.

 

Ukrayna missiya zamanı Aya öz milli bayrağını göndərəcək.

 

Bir müddət əvvəl Britaniya şirkəti Ukraynanın 2022-ci ildə Ay missiyasına ilk dəfə qatılacağını söyləmişdi.

 

Məlumata görə, Aya səfər zamanı Ukraynada hazırlanmış cihazla radiasiya səviyyəsinin ölçülməsi də daxil olmaqla elmi tədqiqatlar üçün Yerin peykinə avadanlıqların çatdırılması planlaşdırılır.

 

Akif İsmayılov

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!