Arxiv
18 Sentyabr 2021, 09:28 | MƏDƏNİYYƏT
Mircəfər Bağırov Üzeyir Hacıbəyovu erməni fitnəkarlığından necə xilas etmişdi - TARİX

Araşdırmaçı jurnalist Müsəllim Həsənli 18 sentyabrda doğum günü qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəyovun 1937-ci ildə erməni fitnəkarlığı ilə üzləşdiyi barədə yazıb.

Modern.az həmin yazını təqdim edir:

“Üzeyir Hacıbəyov 1937-ci ildə deputat seçiləndə onun əleyhinə kifayət qədər ciddi kompramat toplanmışdı...

 

1937-ci il dekabrın 12-də SSRİ Ali Sovetinə ilk seçkilər keçirilir.

 

Deputatlığa namizədlər sırasında Üzeyir Hacıbəyov da var.

 

Amma onun seçilməsinə mane olmaq istəyənlər peyda olur...

 

Noyabr ayında Filarmoniyanın Həmkarlar Komitəsinin sədri Akopyan Mərkəzi Seçki Komissiyasına ərizə yazır ki, siz kimi deputat seçirsiniz? Hacıbəyov Müsavat dövründə qəzet redaktoru olub, qardaşı Parisdə yaşayır və s.

 

Sonra Konservatoriyanın partiya təşkilat katibindən ərizə daxil olur...

 

Sonra...

 

Nəhayət, seçkilərə 11 gün qalmış, dekabrın 1-də xalq daxili işlər komissarı Sumbatov Ü.Hacıbəyov haqqında kompramat barədə Mərkəzi Komitənin bürosunda məruzə edir. Və onun namizədliyinin geri götürülməsi barədə məsələ qaldırır.

 

Mərkəzi Komitənin bürosu qərara alır: Hacıbəyovun nəhəng bəstəkar kimi populyarlığını və ...ən yaxşı musiqi əsərlərindən birinin - “Koroğlu” operasının müəllifi olduğunu nəzərə alaraq Hacıbəyovun namizədliyi hələlik siyahıdan çıxarılmasın. İmza: Azərbaycan K(b)P MK katibi M.C.Bağırov”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv