Arxiv
18 Sentyabr 2021, 15:25 | ZƏNGƏZUR
Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi”

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən hissəsinə nəzarət edən Azərbaycan polisi ermənilərə sözün əsl mənasında dərs keçib. Ərazidə xidmət edən polis əməkdaşları bu yoldan keçən avtomobillərin üzərində olan qondarma qurumun “bayrağ”ını süngü ilə siliblər. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

 

Məsələ haqqında Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az- danışarkən polisimizin atdığı addımın düşmənə tam cavab olduğunu söyləyib:

 

"Bu addım dövlətçiliyə, vətənpərvərliyə, qəhrəman və igid polis əməkdaşlarının münasibətinin ifadəsidir. Onlar 44 günlük müharibədə olduğu kimi, bu gün də öz üzərlərinə düşən vəzifəni çox uğurla, müvəffəqiyyətlə yerinə yetirirlər. Düşmənə cuzi belə olsun güzəştə etmirlər. Buna nümunə Azərbaycan polisinin dünənki addımı idi. İranın və işğalçı, terorist ölkəylə bərabər olması, Azərbaycanın icazəsi olmadan ərazisinə qanunsuz yüklərin daşınması ilə bağlı atmış olduğu addım və bunun konkret cavabı olaraq polisimizin atdığı addım düşmənə tam cavab idi. Eyni zaman da Gorus Qafan yolunun bizə məxsus hissəsində polis postunun olması da düşmənə göz dağıdır. Bir neçə gündür mətbuatada bəlldir, dəyərli jurnalistlərimiz bu prosesi ciddi şəkildə izləyir, cəmiyyəti məlumatlandırır. Bizim igid övladlarımız öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirilər. Azərbaycan polisi öz təmkini ilə sakit bir şəkildə o bayrağı sildi elə sürücü də hadisəni sakit bir tərzdə izləyirdi əlbəttə ki, bunun səbəbi Azərbaycan oğullarının vahiməsidir. Ermənistana, onun faşist düşüncəli insanlarına, hakimiyyət orqanlarına çox ciddi bir mesaj idi. Azərbaycanın qətiyyəti, ali baş komandan cənab İlham Əliyevin iradəsi var, "Dəmir yumruq" hazır vəziyyətdədir. Əgər bundan sonra da bu cür davranışlara yol versəniz, əlimizdə silah layiq olduğunuz cavabı verəcəyik. Xidmətdə olan Xüsusi Təyinatlı Qüvvələrə, polis əməkdaşlarına can sağlığı arzulayıram, təşəkkür edirəm".

 

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv