Modern.az

Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib

Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib

18 Sentyabr 2021, 13:02

Fransada keçən həftə itkin düşdüyü elan olunan türkiyəli Muhyettin Aydının qətlə yetirildiyi məlum olub. 

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “CNN türk” yayıb. Məlumata əsasən, Fransada yaşayan 29 yaşlı Muhyettin Aydının cəsədi ölkənin qərbində yerləşən Rennes şəhərində Apigne gölündə aşkar olunub.  

 

Bildirilir ki, Aydının cəsədi su üzərinə çıxıb və bunu görən sakinlər polisə məlumat verib. Polisin məlumatına görə isə Aydına 100-ə yaxın bıçaq zərbələri endirilib. Bununla yanaşı, Aydın öldürüldükdən sonra əlləri arxadan bağlanaraq beton blokla gölə atılıb. 

 

Hazırda polis cinayəti törədən şəxs və yaxud şəxsləri axtarır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir