Arxiv
18 Sentyabr 2021, 14:30 | MƏDƏNİYYƏT
“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

"30 ildən sonra Üzeyir səhnəsinə Məcnun kimi çıxdım, sanki Üzeyirin ruhu qarşısında imtahan verdim".

 

Modern.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın Xalq artisti Mənsum İbrahimov deyib.

 

Onun sözlərinə görə, bu gün bir sənətkar kimi özünü xoşbəxt hiss edir:

 

"Bu, inanılmaz bir hissdir. Artıq azad Şuşada Üzeyir bəyin heykəlinin qarşısında Leyli və Məcnun səslənir. Bu, bilirsiniz nə deməkdir?! Bundan sonra da hər zaman belə olacaq. Biz və bizdən sonrakı nəsillər hələ uzun illər bu ənənəni yaşadacağıq. Allah bu sevinci, bu əziz, qürurlu günü bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv