Modern.az

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi

Aktual

18 Sentyabr 2021, 14:37

Tacikistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley zirvə görüşündə bu təşkilata sədrlik Özbəkistana keçib.

 

Modern.az Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ŞƏT-in üzvü olan dövlətlərin rəhbərləri, müşahidəçi ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə ŞƏT-in 20 il ərzində əsas fəaliyyəti, təşkilatın qarşısında duran prioritet vəzifələr, çoxplanlı əməkdaşlığın genişləndirilməsi, qlobal və regional məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

Zirvə görüşündə ŞƏT-ə sədrlik 2020-2021-ci illərdə Özbəkistana keçib. Təşkilatın zirvə görüşü 2021-ci ildə Özbəkistanda keçiriləcək.

 

Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır