Modern.az

Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat

Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat

Aktual

18 Sentyabr 2021, 14:50

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O,dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub. Belə ki, sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert keçirilir.

 

Üzeyir Hacıbəylinin doğum gününün Şuşada keçirilməsi ilə bağlı Fazil Mustafa Modern.az-la fikirlərini bölüşüb:

 

"Bu böyük bir tarixdir, Üzeyir Hacıbəylinin həm Azərbaycanın siyasətində, həm də mədəniyyətində müstəsna yeri olan şəxsiyyətdir. Elə bir iz qoyub ki, onu Azərbaycanın brendi olaraq hamı tanıyır. Daha çox tanıtmağa çalışmalıyıq, çünki bizim elə dəyərlərimiz var ki, Üzeyir bəylə bağlıdır. Buda bir şansdır, tarixdir ki, onun doğum gününü, doğma yurdunda qeyd edirlər. Bu həm də bir mesajdır ki, artıq Azərbaycanın sənəti, dəyərləri Şuşaya qayıdır. Üzeyir bəy Hacıbəylinin xatirəsi hər zaman əbədi olaraq anılacaqdır. Onun adı çəkiləndə Qarabağ yada düşür, oranın abı havası Üzeyir bəyin musiqisində yatır. Elə bir irs qoyub ki, təkrarolunmazdır, heç kəs ondan yuxarı qalxa bilmir. Şuşada onun doğum gününün böyük bir tədbir kimi qeyd olunması, sənət adamlarının orada iştirak etməsi müsbət bir haldır. Sənətimizi Şuşa üzərindən təbliğ etməklə, Şuşanı da təbliğ edirik".

 

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?