Modern.az

İmişlidə qətl hadisəsi törədilib  

 İmişlidə qətl hadisəsi törədilib  

18 Sentyabr 2021, 17:03

İmişli rayonunun Çaxırlı kənd sakini öz qohumunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.


Modern.az xəbər verir ki, kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu aralarında yaranan mübahisə zamanı qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğluna çoxsaylı bıçaq zərbəsi endirərək onu öldürüb.

Hadisəni törədən Azad Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir