Arxiv
18 Sentyabr 2021, 21:32 | MƏDƏNİYYƏT
Cavid Hüseynov futbol klubu yaradır

Tanınmış futbolçu Cavid Hüseynov futbol klubu təsis edib.

Modern.az xəbər verir ki, bu barədə futbolçunun özü bildirib. O qeyd edib ki, “Cəbrayıl” adlanacaq futbol klubu doğma rayonu Cəbrayılı təmsil edəcək.

Klubla bağlı hələ ki ətraflı məlumat verməyən C.Hüseynov “Cəbrayıl”ın regional komanda olaraq fəaliyyət göstərəcəyini bildirib.

Xatırladaq ki, Cavid Hüseynov əslən Cəbrayıl  rayonundandır. O, "Turan", “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ” və “Zirə” klublarında, Azərbaycan milli komandasında  oynayıb.

28 il erməni işğalı altında olan Cəbrayıl rayonu 2020-ci il oktyabrın 4-də şanlı Azərbaycan Ordusu tərəfindən azad edilib.

İşğaldan öncə Cəbrayılın “Xudafərin” futbol klubu fəaliyyət göstərib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv