Arxiv
19 Sentyabr 2021, 09:36 | MƏDƏNİYYƏT
Üzeyir Hacıbəylidən danos yazanlar...

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, sabiq səfir Vilayət Quliyev dahi bəstəkar Üzeyir Hacıbəyli barədə növbəti faktı ictimailəşdirib.

Modern.az-ın məlumatına görə, V.Quliyev vaxtilə Üzeyir bəyin faliyyət zamanı hansı çətinliklərdən keçdiyini qeyd edib.

“1930-cu illərdə "özümüzünkülər" də Üzeyir bəyin fəaliyyətinə müsbət qiymət verərkən bunu elə şəkildə edirdilər ki, adam sevinmək əvəzinə narahat olur, səksəkəyə düşürdü. Bəlkə də kəmfürsətliyi ilə seçilən yeni rejimdən iyrənirdi. Məsələn, 1930-cu ilin aprelində Azərbaycanda sovet hakimiyyəti "qurulmasının" 10 illiyinin qeyd edildiyi günlərdə partiya publisisti kimi tanınan Əsəd Tahir adlı müəllif "Kommunist" qəzetində "Gözünə girsin, Məhəmməd Əmin Rəsulov!" (burada dostumuz Hafiz Hacıyev yada düşür!) adlı "məqaləsində" yazırdı:


"Gözünə girsin, Məhəmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində... 200-ə qədər türk qızı Azərbaycan himni oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyov yazmışdır. O Üzeyir ki, sənin çıxardığın mürtəce "Azərbaycan" qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtı ilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanın mədəni quruluşu işlərində ən aktiv iştirak edir"”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv