Arxiv
19 Sentyabr 2021, 12:08 | MƏDƏNİYYƏT
Cəlilabadda qədim məzarlıq aşkarlandı

Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.

 

Modern.az xəbər verir ki, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.

 

Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

 

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

 

Hazırda ərazidə qazıntı işləri davam etdirilir. (Report)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv