Modern.az

Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ

Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ

19 Sentyabr 2021, 13:59

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov azad olunmuş ərazilərimizdə azadlıq abidələrinin qoyulması təklifi ilə çıxış edib.

 

Modern.az vasitəsilə təklifini səsləndirən deputat azad olunmuş ərazilərimizi ziyarət etdiyini vurğulayıb:

 

"Hətta ən ucqarlara baş çəkmişəm. Qarabağ indi ziyarətgah təsiri bağışlayır. Bizim 30 ilə yaxındır görə bilmədiyimiz torpağımızın hər qarışı gəncliyimizi, keçmişimizi xatırladır.
İşğaldan azad olunmuş hər bir ərazimizdə abadlıq-quruculuq işləri görülür. Müharibə dayanan ilk gündən təhlükəsizlik məsələləri önə çəkilirdi. Buna xüsusi diqqət yetirilirdi. Qarabağa səfərlər zamanı da hər bir addımımıza nəzarət olunur ki, həyati təhlükə ilə üz-üzə qalmayaq.

 

Xocalı şəhərinin 50-dən çox kəndindən çox az hissəsi bizim nəzarətimizdədir. Amma biz bilirik ki, bütün torpaqlarımıza yaxın zamanda qayıdacağıq. Xocalının tarixi bizim eradan əvvəl III-V minilliklərə gedib çıxır. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin bir torpaqdır. Mən hesab edirəm ki, bərpa və abadlıq işləri zamanı mütləq şəkildə hər bir bölgəmizin azadlıq simvolu qoyulmalıdır. Hər bir şəhərimizdə, azad etdiyimiz ərazimizdə azadlıq abidəsi olmalıdır. Bu abidələr qədim türk yurdu yerlərinin nişanələrini özündə daşımalıdır. Mən inanıram ki, hər bir rayonumuzun baş planında bu kimi məqamlar nəzərə alınır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər