Modern.az

230-dan çox xarici vətəndaş Kabili tərk etdi

230-dan çox xarici vətəndaş Kabili tərk etdi

Dünya

19 Sentyabr 2021, 20:18

Qətərə məxsus “Qatar Airways” şirkətinin həyata keçirdiyi çarter reysi vasitəsi ilə ABŞ və Avropa vətəndaşı olan 236 nəfər Əfqanıstandan təxliyyə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Qətər Xaici İşlər Nazirliyi məlumat yayıb.

 

Təyyarədə Almaniya, Belçika, İrlandiya, Kanada, Fransa, İtaliya, İngiltərə, Finlandiya və Hollandiya vətəndaşları olub.

 

Sərnişinlər əvvəlcə Qətərin paytaxtı Dohada yerləşdiriləcəklər. Daha sonra öz ölkələrinə gedəcəklər.

 

Qətər Qərblə “Taliban” hərəkatı arasında vasitəçilik edir. Körfəz dövləti ABŞ-ın yaxın müttəfiqidir, Yaxın Şərqdəki ən böyük Amerika hərbi bazasına ev sahibliyi edir Qətərdə eyni zamanda 2013-cü ildən etibarən “Taliban” hərəkatının siyasi ofisi fəaliyyət göstərir.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir