Modern.az

Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı

Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı

Dünya

19 Sentyabr 2021, 21:06

İspaniyanın baş naziri Pedro Sançes Palma adasında vulkan püskürməsi səbəbindən ABŞ-a səfərini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, baş nazir bu gecə Kanar Adalarına gedəcək.

 

Qeyd edək ki, bu gün İspaniyanın Palma adasında vulkan püskürüb. Kanar arxipelaqına daxil olan adada vulkanın püskürməsi ilə əlaqədar 40 nəfərə qədər sakin təhlükəsiz yerə evakuasiya edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir