Arxiv
19 Sentyabr 2021, 21:17 | DÜNYA
Rusiyada parlament seçkiləri başa çatdı

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə səsvermə başa çatıb.

 

Modern.az xəbər verir ki, Moskva vaxtı ilə 20:00-da ölkənin böyük hissəsində seçki məntəqələri bağlanıb.

 

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə seçici aktivliyi 45 faizdən çox olub. Səsvermələrin aktiv olduğu regionlar arasında Çeçenistan da var. Burada seçicilərin 93 %-dən çoxu səsvermələrdə iştirak edib. Tatarsıtan və Başqırdıstanda seçici fəallığı müvafiq olaraq 70 % və 65 %-i ötüb.

 

Parlament seçkiləri ilə yanaşı Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.

 

Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub. 7 regionda ənənəvi səsvermə formatından başqa məsafədən elketron səsvermə də tətbiq olunub.

 

Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.

 

Akif İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv